Laçın Beynəlxalq Film Festivalı başa çatdı – FOTO

Laçın Beynəlxalq Film Festivalı başa çatdı – FOTO

Laçında üç gün davam edən Beynəlxalq Film Festivalı başa çatıb.

Mədəniyyət Nazirliyinin məlumatına görə, festivalın yekun mərasimi Laçın Şəhəri Günü çərçivəsində keçirilən tədbirlər proqramına daxil edilib.

Bağlanışda 5 yerli və 2 xarici rejissor “Qızıl Palıd Budağı” mükafatına layiq görülüb. Festivalın keçirilməsinə verdiyi töhfəyə görə ilk mükafat Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova təqdim olunub.

Cəmiyyətin aktual problemlərinin kino vasitəsilə əks etdirilməsinə görə rejissor Elvin Rüstəmzadə də mükafatlandırılıb.

Festivalın əsas qalibləri

“Ən yaxşı bədii film” nominasiyasında İlkin Umarovun “Hasarlar arxasında”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Elşad Ərşadoğlunun “İşığa doğru” filmi qalib seçilib.

Kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə Şamil Süleymanlı xüsusi mükafata layiq görülüb.

Xarici rejissorlardan fransalı Jan-Mari Vilnöv “Ən yaxşı qısa film”, qırğızıstanlı Toktobek Usonov isə münsiflərin xüsusi mükafatını qazanıb.

Qeyd edək ki, Şərqi Zəngəzurda ilk beynəlxalq film festivalına 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Seçim mərhələsindən sonra 15 ölkəni təmsil edən 20 film nümayiş etdirilib. Festival çərçivəsində Özbəkistan istehsalı olan “Əmir Teymur” filminin də xüsusi Qarabağ premyerası keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir