Bakının Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, avqustun 5-i saat 12 radələrində “Xalqlar dostluğu” metro stansiyaxsının yaxınlığında yerləşən ticarət mərkəzində lift ustası, 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.
Ağır xəsarət alan N.Məmmədov xəstəxanaya çatdırılsa da, saat 17 radələrində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

