Gəncədə kütləvi dava ölümlə nəticələndi

Gəncədə kütləvi dava ölümlə nəticələndi

Gəncədə restoranın qarşısında baş verən kütləvi dava ölümlə nəticələnib.

Xəbər verdiyimiz kimi, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında baş verib. Bir neçə nəfər arasında yaranan mübahisə qısa zamanda kütləvi davaya çevrilib.

Hadisə zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq həyatını itirib.

Dava nəticəsində 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlara xəstəxanada zəruri tibbi yardım göstərilib.

TƏBİB-in məlumatına görə, yaralıların vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar. Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir