İspaniya millisinin gənc futbolçusu Lamin Yamal dünya futbolunda tarixi rekorda imza atıb.
Xeberyerinde “Manset.az”a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu buna 2026 FIFA Dünya Kubokunun yarımfinal mərhələsində İspaniyanın Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlməsi ilə nail olub.
Beləliklə, Yamal dünya çempionatı və Avropa çempionatlarında start heyətində meydana çıxdığı bütün 12 qarşılaşmada qələbə sevinci yaşayan ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, İspaniya millisi Dünya Kubokunun finalında İngiltərə–Argentina cütünün qalibi ilə qarşılaşacaq. Turnirin həlledici görüşü iyulun 19-da keçiriləcək.

