Mərdəkanda axtarışda olan 17 yaşlı yeniyetmədən acı xəbər

Mərdəkanda axtarışda olan 17 yaşlı yeniyetmədən acı xəbər

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Xəbər verdiyimiz kimi, iyulun 28-də  Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə iki yeniyetmə dənizdə batıb. Onlardan biri, Ağazadə Rahil Tarıyel oğlu iyulun 28-i FHN dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdi. 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun axtarışları isə davam edirdi.

Bu gün 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir