Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdə bir nəfərin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə nəzarətsiz sahədə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda bir nəfərin suda batması barədə məlumat daxil olub.
Müraciətdən dərhal sonra hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib və axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Hazırda 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən ərazidə axtarış işləri davam etdirilir.

