Məşhur arabesk müğənnisi Cansever vəfat etdi – xəstəliyi ilə bağlı yeni təfərrüatlar

Məşhur arabesk müğənnisi Cansever vəfat etdi – xəstəliyi ilə bağlı yeni təfərrüatlar

Arabesk musiqisinin tanınmış simalarından olan Cansever 59 yaşında dünyasını dəyişib.

Türkiyə mediasının yaydığı məlumata görə, əsl adı Dzansever Dalipova olan sənətçi uzun müddət mübarizə apardığı leykemiya xəstəliyi səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirib.

Almaniyada ilik transplantasiyası keçirmişdi

Şimali Makedoniya əsilli Canseverin səhhətində yaranan problemlə əlaqədar bir müddət əvvəl Almaniyada müalicə aldığı bildirilir.

Məlumata əsasən, sənətçi 26 mart 2026-cı ildə Almaniyada sümük iliyi transplantasiyası keçirib. Müalicə prosesindən sonra onun səhhətinin yenidən pisləşdiyi və xəstəxanada vəfat etdiyi qeyd olunur.

90-cı illərə damğasını vurmuşdu

Cansever xüsusilə 1990-cı illərdə ifa etdiyi arabesk mahnıları ilə geniş auditoriyanın rəğbətini qazanıb. “Ağla Gözbebeğim”, “Sen de Gittin” və “Kime Bu İnat” kimi əsərləri sənətçinin ən çox tanınan mahnıları sırasında yer alıb.

Onun vəfatı Türkiyənin musiqi ictimaiyyətində və sənət dünyasında böyük kədər yaradıb.

Canseverin uzun illər ərzində arabesk musiqisinin tanınan simalarından biri kimi fəaliyyət göstərdiyi və mahnıları ilə xüsusilə 90-cı illərin musiqi yaddaşında iz buraxdığı bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir