Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.
1991-ci il təvəllüdlü B. Hüseynov aldığı bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Həkimlərin verdiyi məlumata əsasən, 35 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

