“Makronun həyat yoldaşı kişidir” deyən jurnalist məhkəmədə qalib gəldi

“Makronun həyat yoldaşı kişidir” deyən jurnalist məhkəmədə qalib gəldi

“Xəbər Yerində” xəbər verir ki, fransalı jurnalist Nataşa Rey Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun ona qarşı qaldırdığı böhtan işi üzrə apellyasiya məhkəməsində bəraət alıb.

Nataşa Rey və Amandine Roy 2021-ci ildə Bricit Makronun keçmişi ilə bağlı mübahisəli iddialar səsləndirmişdilər. Bunun ardınca Bricit Makron və qardaşı Jan-Mişel Tronye onların barəsində böhtan iddiası ilə məhkəməyə müraciət etmişdi.

2024-cü ildə aşağı instansiya məhkəməsi hər iki qadını təqsirli bilmiş və onlara təzminat ödəməyi tapşırmışdı. Lakin Paris Apellyasiya Məhkəməsi 2025-ci ilin iyulunda həmin qərarı ləğv edərək Rey və Royu bəraətə çıxarıb. (

Reyin vəkili Fransua Danqlean da sosial şəbəkədə müvəkkilinin məhkəmə prosesini yekun olaraq qazandığını açıqlayıb.

Qeyd edək ki, məhkəmənin bəraət qərarı Bricit Makronun cinsiyyəti ilə bağlı səsləndirilən iddiaların doğru olduğunu təsdiqləmir. Məhkəmə yalnız həmin ifadələrin böhtan tərkibi yaradıb-yaratmamasını qiymətləndirib.
mənbə:Musavat.com

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir