Nura Suridən kart köçürmələri ilə bağlı narazılıq: “Ya faiz çıxır, ya da cərimə”

Nura Suridən kart köçürmələri ilə bağlı narazılıq: “Ya faiz çıxır, ya da cərimə”

“Xəbər Yerində” xəbər verir ki, müğənni Nura Suri Azərbaycanda nağdsız ödənişlər və kartdan-karta pul köçürmələri ilə bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz edib.

“Axşam.az”ın məlumatına görə, sənətçi sosial şəbəkədə məsələ ilə bağlı narazılığını ifadə edib.

Nura Suri bildirib ki, əvvəl vətəndaşların nağdsız ödənişlərə keçməsi üçün müxtəlif imkanlar yaradılıb, lakin hazırda kartlararası pul köçürmələri ilə bağlı limitlər tətbiq olunur.

Sənətçi həmçinin ödəniş aparatlarından karta pul yatırılarkən komissiya tutulmasını da tənqid edib.

“Əvvəl hamını nağdsız ödənişə keçirmək üçün şərait yaratdılar. İndi kartdan-karta köçürməyə limit qoyulub, aparatdan karta pul yatıranda komissiya tutulur. Ölkədə addım atırsan, ya faiz çıxır, ya da cərimə”, – deyə Nura Suri yazıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir