Masazırdan “Memar Əcəmi” metrosuna gedən marşrutlarda dəyişiklik edilir

Masazırdan “Memar Əcəmi” metrosuna gedən marşrutlarda dəyişiklik edilir

Bakının Abşeron rayonunun Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış kompleksi) ilə metronun “Memar Əcəmi” stansiyasını əlaqələndirən 525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat yayılıb.

Bildirilib ki, dəyişikliklərin məqsədi “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddətini azaltmaq, eləcə də “Yeni Bakı” və “Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqaməti ilə bağlı yaşadığı çətinlikləri aradan qaldırmaqdır.

İyulun 18-dən etibarən 525 nömrəli marşrut 525A və 525B nömrələri ilə fəaliyyət göstərəcək.

Yeni marşrutlar üzrə sərnişinlərə CNG texnologiyası ilə təchiz edilmiş 28 ədəd “King Long” markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat təşkil edəcək.

525A nömrəli marşrut Masazır kəndindəki “Yeni Bakı” yaşayış kompleksindən başlayaraq metronun “Memar Əcəmi” stansiyasına qədər davam edəcək. Bu istiqamətdə avtobuslar 6-7 dəqiqəlik intervalla hərəkət edəcək.

525B nömrəli marşrut isə “Zəngilan şəhərciyi” yaşayış kompleksindən “Memar Əcəmi” stansiyasına qədər fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobusların hərəkət intervalı 10 dəqiqə olacaq.

Bundan əlavə, Masazır kəndi daxilində “Yeni Bakı” və “Zəngilan şəhərciyi” yaşayış kompleksləri arasında sərnişindaşımaların təmin edilməsi üçün 524 nömrəli marşrut da fəaliyyət göstərəcək.

Bu marşrut üzrə gedişhaqqı 0,50 manat müəyyən edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir