ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə üçüncü yer uğrunda oyun keçiriləcək.
Bürünc medal uğrunda mübarizədə Fransa və İngiltərə milli komandaları üz-üzə gələcək. Mayami şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Matçı venesuelalı baş hakim Xesus Valensuela idarə edəcək.
Qeyd edək ki, DÇ-2026-nın final qarşılaşması iyulun 19-da keçiriləcək. Həlledici oyunda İspaniya və Argentina milliləri dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.
Mənbə: Bakuws.az

