MasterChef qalibi Eren Kaşıkçının qəfil ölüm səbəbi açıqlandı

MasterChef qalibi Eren Kaşıkçının qəfil ölüm səbəbi açıqlandı

Xəbər Yerində Türkiyə mediasına istinadən xəbər verir ki, “MasterChef Türkiye 2021” qalibi, məşhur aşpaz Eren Kaşıkçının qəfil ölümünün səbəbi məlum olub.

29 iyulda İstanbulun Sarıyer rayonundakı evində ölü tapılan 37 yaşlı aşpazla bağlı Məhkəmə-Tibbi Ekspertiza Şurasında aparılan ilkin müayinələr tamamlanıb.

İlkin autopsiya hesabatına əsasən, Kaşıkçının məlum xroniki xəstəliyi və həyati təhlükə yarada biləcək ciddi sağlamlıq problemi olmayıb. Mütəxəssislərin ilkin rəyinə görə, məşhur aşpaz ürək tutması nəticəsində həyatını itirib.

Araşdırma zamanı onun meyitinin təxminən 14-15 saat sonra aşkarlandığı da müəyyənləşib. Eren Kaşıkçının dəqiq ölüm səbəbinin yekun məhkəmə-tibbi ekspertiza hesabatından sonra rəsmiləşdirilməsi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir