“Port Baku”da ev yandı- VİDEO

“Port Baku”da ev yandı- VİDEO

Bakının Səbail rayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə göndərilib.

Yanğınsöndürənlərin və binanın texniki heyətinin operativ müdaxiləsi nəticəsində yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb. Alovun digər mənzillərə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir