Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırıldı

Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırıldı

Mehriban Əliyevanın təşəbbüsü Prezident İlham Əliyev tərəfindən dəstəklənib – əməkhaqqı islahatı sentyabrın 1-dən qüvvədədir

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqları artırılıb.

Xəbər Yerində xəbər verir ki, əməkhaqqı artımı sentyabrın 1-dən tətbiq olunub.

Tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə bu təşəbbüslə Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib.

Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq verib.

Yeni əməkhaqqı qaydaları TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ümumilikdə 72 212 nəfəri əhatə edir. Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlərdir.

Bundan əlavə, ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətlərində, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan 7 129 həkimin də əməkhaqları artırılıb.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat və ya 13,66 faiz artacağı bildirilib.

Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensial şəkildə müəyyənləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir