“Mercedes-Benz” 170 mindən çox avtomobili geri çağırır – SƏBƏB

“Mercedes-Benz” 170 mindən çox avtomobili geri çağırır – SƏBƏB

Mercedes-Benz sürücünün qapısındakı mikrokeçiddə aşkarlanan nasazlıq səbəbindən 170 mindən çox avtomobilini geri çağırdığını açıqlayıb.

Xeberyeri.info xəbər verir ki, problem sürücünün avtomobildən düşdüyünü müəyyən edən qapı kilidindəki mikrokeçidlə bağlıdır. Nasazlıq nəticəsində avtomobil sürücünün nəqliyyat vasitəsini tərk etdiyini algılamaya və elektron dayanacaq əyləci və ya transmissiyanın “Park” rejiminə avtomatik keçid funksiyası işləməyə bilər.

Şirkətin məlumatına görə, nasazlıq təchizatçı tərəfindən hazırlanmış detalın konstruksiya qüsurundan qaynaqlanır. Müəyyən hava şəraitində mikrokeçidin korpusuna nəmlik daxil olur, zaman keçdikcə kontaktlar korroziyaya uğrayır və sensor sıradan çıxır.

Qeyd olunur ki, qapı kilidinin özü normal işləyir və qapının açılıb-bağlanmasında problem yaranmır. Lakin təhlükə avtomobilin sürücünün nəqliyyat vasitəsindən düşdüyünü müəyyən edə bilməməsidir.

Geri çağırılma kampaniyasına 2019–2022-ci il A-Class, 2020–2021-ci il CLA, 2022–2023-cü il C-Class, 2024-cü il CLE, həmçinin müxtəlif istehsal illərinə aid GLA, GLBGLC modelləri daxildir. Siyahıya həm standart, həm də 4Matic tam ötürücülü və bəzi Mercedes-AMG versiyaları da daxil edilib.

Ən çox təsirlənən model GLB olub. Belə ki, geri çağırılma 71 696 ədəd GLB 250 4Matic və 56 879 ədəd ön ötürücülü GLB 250 modelini əhatə edir.

Şirkət bildirib ki, ilk şikayətlər hələ 2021-ci ildə daxil olub. Sürücülər avtomobildən düşdükdən sonra işıqların və multimedia sisteminin sönmədiyini müşahidə ediblər. Bir neçə il davam edən araşdırmadan sonra problemin səbəbinin nəmlik olduğu müəyyən edilib.

ABŞ-də bu nasazlıqla bağlı 176 şikayət qeydə alınıb. Bildirilir ki, ölkədə bu qüsur səbəbindən sürücüsüz hərəkət edən avtomobil hadisəsi baş verməyib. Lakin oxşar hallar digər ölkələrdə qeydə alınıb.

Geri çağırılan avtomobillərin sahiblərinə sürücünün qapı kilidi və nasaz mikrokeçid ödənişsiz dəyişdiriləcək. Şirkət qeyd edib ki, 20 may 2026-cı ildən sonra istehsal edilən avtomobillərdə bu problem aradan qaldırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir