“Kamaz”la BYD toqquşdu, qəzada bir nəfər həyatını itirdi

“Kamaz”la BYD toqquşdu, qəzada bir nəfər həyatını itirdi

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Xeberyerinde xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun 108-ci kilometrliyində, rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “KamAZ” markalı yük avtomobili ilə BYD markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Avtomobildə sərnişin qismində olan onun həyat yoldaşı, Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Svetlana Ocaqverdi qızı İbadova isə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə: APA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir