Kriştianu Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurması futbol azarkeşləri arasında müzakirələrə səbəb olub. Bu dəfə diqqət çəkən məqam Lionel Messinin Ronaldunun qərarı ilə bağlı hər hansı paylaşım etməməsidir.
Xəbər Yerində İdman.biz-ə istinadən xəbər verir ki, Messi daha əvvəl millidən ayrılması ilə bağlı açıqlama verən zaman Kriştianu Ronaldu ona dəstək və təbrik mesajı yazmışdı.
Lakin Ronaldunun millidəki karyerasını başa vurması ilə bağlı Messinin susması sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Bir sıra azarkeşlər bu məqamı tənqid edir və iki ulduz futbolçu arasındakı münasibətlərlə bağlı müzakirələr aparırlar.

