Futbol dünyasının iki əfsanəsi Lionel Messi və Kriştiano Ronaldo ilk dəfə eyni komandada meydana çıxa bilər.
Argentina futbolunun sabiq ulduzu Karlos Tevez dekabr ayında Buenos-Ayresdəki “La Bombonera” stadionunda vida matçı keçirməyə hazırlaşır. Tədbirə Messi və Ronaldonun da dəvət edildiyi bildirilir.
Tevezin əsas arzusu isə illərdir rəqib kimi müqayisə olunan iki superulduzu bu dəfə eyni formanı geyinərək bir komandada görməkdir.
Lakin hazırda hər iki futbolçunun matçda iştirakı və eyni komandada oynaması rəsmi şəkildə təsdiqlənməyib.
Əgər plan reallaşsa, Messi və Ronaldonun ilk dəfə eyni komandada meydana çıxması futbol tarixinin ən yaddaqalan anlarından birinə çevrilə bilər.

