Metro bağlananda bu avtobuslar işləyəcək – SİYAHI

Metro bağlananda bu avtobuslar işləyəcək – SİYAHI

Xəbər verdiyimiz kimi, avqustun 15-indən Bakı Metropolitendə mühüm dəyişikliklər olacaq. Bununla əlaqədar ekspres avtobuslar fəaliyyət göstərəcək.

Xeberyerinde AYNA-ya istinadən xəbər verir ki, avqustun 15-dən “Bakı Metropoliteni”ndə xətlərin ayrılması layihəsi çərçivəsində “28 May”“Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq.

Bununla əlaqədar AYNA sərnişinlərin daşınmasını təmin etmək üçün 6 yeni ekspres avtobus marşrutu istifadəyə verəcək. Ekspres avtobuslarda gedişhaqqı 60 qəpik olacaq və onlar hər gün 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək.

Yeni ekspres marşrutlar:

  • M1: “Elmlər Akademiyası” – “28 May”
  • M2: “İnşaatçılar” – “Nizami” – “28 May”
  • M3: “20 Yanvar” – “Nizami” – “28 May”
  • M4: “20 Yanvar” – “Koroğlu”
  • M5: “20 Yanvar” – “Gənclik”
  • M6: “Elmlər Akademiyası” – “Gənclik”

Bundan əlavə, 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və hərəkət intervalları azaldılacaq.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə əldə edə biləcəklər. Metronun “28 May”, “20 Yanvar”, “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyalarının qarşısında isə könüllülər sərnişinlərə istiqamətləndirmə ilə bağlı kömək göstərəcəklər.

metronun hans

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir