Metrodakı dəyişiklik sərnişinin xərcini artıracaqmı?-Expert cavabladı

Metrodakı dəyişiklik sərnişinin xərcini artıracaqmı?-Expert cavabladı

Bakı Metropolitenində aparılan yenidənqurma işləri ilə əlaqədar qatarların hərəkət sxemində edilən dəyişikliklər sərnişinlər arasında bir sıra suallar yaradıb.

Dəyişikliklərə əsasən, bəzi istiqamətlər üzrə birbaşa metro əlaqəsi müvəqqəti dayandırılacaq. Nəticədə “Həzi Aslanov”, “Əhmədli”… stansiyasılarından “İnşaatçılar”, “Elmlər Akademiyası” və həmin xətt üzrə digər stansiyalara getmək istəyən sərnişinlər marşrutun bir hissəsini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi ekspres avtobuslarla davam etdirməli olacaqlar.

Bu isə ictimaiyyətdə əlavə ödəniş edilib-edilməyəcəyi, ümumi gediş haqqının artacağı və yeni marşrutun sərnişinin həm vaxtına, həm də büdcəsinə necə təsir göstərəcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı yaranan suallar Bakı Metropoliteni mətbuat katibi Bəxtiyar Məmmədova ünvanlanıb. B. Məmmədov qeyd edib ki, sərnişinlər metrodan istifadə etmədən birbaşa express avtobuslardan istifadə edərək xərcin artmasının qarşısını ala bilərlər.

Həmin açıqlamaları və ekspertin qiymətləndirməsini təqdim edirik.

Mənbə: Bakues

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir