MİDA-nın adından saxta müqavilələr hazırlayıb vətəndaşlardan minlərlə manat alanlar həbs edildi

MİDA-nın adından saxta müqavilələr hazırlayıb vətəndaşlardan minlərlə manat alanlar həbs edildi

“Xəbər Yerində” xəbər verir ki, 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva vətəndaşlara güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəklərini vəd edərək onları aldadıblar.

Araşdırma zamanı məlum olub ki, şəxslər süni intellekt proqramlarından istifadə etməklə MİDA-nın adından saxta alqı-satqı və ipoteka müqavilələri hazırlayıb. Bu sənədləri vətəndaşlara 1 000–9 000 manat qarşılığında təqdim ediblər.

Şükufə Mirzəyevanın yaşadığı evdə aparılan baxış zamanı MİDA-nın adına hazırlanmış 472 saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanıb.

Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

DİN və MİDA vətəndaşlara müraciət edərək güzəştli mənzillərlə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etməyi, “növbədənkənar satış” və digər oxşar vədlərə inanmamağı tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir