“Mənə niyə ev düşmür?” – Aqil Abbasdan deputatlara müraciət

“Mənə niyə ev düşmür?” – Aqil Abbasdan deputatlara müraciət

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Ağdamda məcburi köçkünlər üçün tikilən evlərdən ona da mənzil ayrılmasını istəyib.

Deputat bildirib ki, atasının Ağdamda 6 otaqlı evi olsa da, ailədə 5 bacı və 2 qardaş olduqları üçün ona ev düşmür.

“Atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. Atamın mülkündə tikilən evdən niyə mənə verilməsin?” – deyə Aqil Abbas bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib.

“Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür?” – deyə spiker vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir