Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib.

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, V. Əhmədov avqustun 28-də öz ərizəsi əsasında vəzifəsini tərk edib.

Bununla da Mərkəzi Bankda baş direktorların sayı 10-dan 9-a düşüb.

Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda fəaliyyət göstərib. O, karyerasına Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi kimi başlayıb.

2010-2013-cü illərdə Tədqiqatlar və İnkişaf Mərkəzində müxtəlif rəhbər vəzifələrdə çalışan Əhmədov daha sonra həmin mərkəzin direktoru olub.

2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinə rəhbərlik edən Vüqar Əhmədov 2017-ci ilin dekabrından Mərkəzi Bankın baş direktoru vəzifəsini tutub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir