Dünya birjalarında neftin qiyməti həftənin sonuncu ticarət günündə aşağı düşüb.
Xəbər Yerində xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin dəyəri 42 sent və ya 0,47 faiz azalaraq 88,10 ABŞ dollarına geriləyib.
ABŞ-nin “WTI” markalı neftinin oktyabr fyuçersləri isə 13 sent və ya 0,16 faiz ucuzlaşaraq 83,40 dollara satılıb.
Neft qiymətlərindəki enmə əsasən Hörmüz boğazından tədarükün əvvəlki səviyyəyə qayıdacağı ilə bağlı gözləntilərin artması ilə izah olunur.
Bununla yanaşı, Yaxın Şərqdə diplomatik danışıqların davam etməsi də bazarlarda təchizatla bağlı narahatlıqların azalmasına və qiymətlərin aşağı yönəlməsinə təsir göstərib.
Mənbə: Apa

