Neftin qiyməti 4 dollara yaxın ucuzlaşdı – Bazarda enişin səbəbi məlum oldu

Neftin qiyməti 4 dollara yaxın ucuzlaşdı – Bazarda enişin səbəbi məlum oldu

Dünya bazarında neftin qiymətində nəzərəçarpacaq azalma qeydə alınıb.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersləri 2,88 ABŞ dolları və ya 3,12 faiz ucuzlaşaraq bir barel üçün 89,31 ABŞ dollarına düşüb.

Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,91 ABŞ dolları və ya 3,88 faiz azalaraq bir barel üzrə 96,78 ABŞ dolları təşkil edib.

Bazardakı ucuzlaşmanı şərh edən analitiklər bildirirlər ki, əsas səbəblərdən biri ABŞ və İran arasında gərginliyin daha da artmayacağına dair gözləntilərin güclənməsidir. Eyni zamanda, Hörmüz boğazında neft tədarükü ilə bağlı risklərin azalması da qiymətlərə aşağı istiqamətli təsir göstərib.

Mütəxəssislərin fikrincə, son dövrlərdə müşahidə olunan bahalaşmadan sonra investorların mənfəəti reallaşdırmaq üçün satışlara üstünlük verməsi bazarda satış təzyiqini artıraraq qiymətlərin enməsini sürətləndirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir