Ötmə faciə ilə nəticələndi: “Mercedes” “Kamaz”a çırpıldı-VİDEO

Ötmə faciə ilə nəticələndi: “Mercedes” “Kamaz”a çırpıldı-VİDEO

Xəbər Yerində xəbər verir ki, Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza ötən gecə saat 22:00 radələrində qeydə alınıb. İlkin məlumata görə, Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” eyni istiqamətdə hərəkətdə olan “Kamaz”la toqquşub.

Toqquşma nəticəsində “Mercedes Vito”da sərnişin kimi olan Sayad Qasımova ağır xəsarətlər alaraq hadisə yerində həyatını itirib.

İlkin ehtimala əsasən, qəza ötmə qaydasının pozulması səbəbindən baş verə bilər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yollarda diqqətli olmağı, təhlükəsizlik tələblərinə ciddi əməl etməyi və yol hərəkəti qaydalarını pozmamağı tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir