Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsindən sonra vəzifəsini tərk etməyi hədəflədiyini bildirib.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
“ Məqsədim sülh müqaviləsi imzalanıb təsdiqləndikdən sonra baş nazir vəzifəsində səlahiyyətlərimə son qoymaqdır”, – deyə o bildirib.
Ermənistan hökumətinin başçısı əlavə edib ki, bu məqsədə nail ola bilməsə, bunu şəxsi uğursuzluğu hesab edəcək.
Paşinyanın sözlərinə görə, hər gün onları sülh gündəliyindən yayındıra biləcək müxtəlif məsələlər gündəmə gəlir. Buna baxmayaraq, o, sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi məqsədinə sadiq qalmaq niyyətində olduğunu vurğulayıb.

