Paşinyanın Göyçə gölündə çəkdirdiyi görüntülər Ermənistanda müzakirələrə səbəb olub.
Xəbər Yerində xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Göyçə gölündə çimdiyi anları əks etdirən video yayımlayıb.
Görüntülərdə Paşinyanın sudan çıxdıqdan sonra hamam xalatı geyinməsi diqqət çəkib. Paylaşım ölkədə müxtəlif reaksiyalarla qarşılanıb.
Xüsusilə müxalifət nümayəndələri baş nazirin görüntülərini tənqid ediblər.
Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri, “Hayastan” fraksiyasının üzvü Edqar Kazaryan Paşinyanın paylaşımına ironik münasibət göstərib.
O, baş nazirin göldə və ya dənizdə üzdükdən sonra hamam xalatı geyinən “dünyada yeganə insan” olduğunu bildirib.
Qeyd edək ki, Paşinyanın Göyçə gölündə çimərkən çəkdirdiyi görüntülər sentyabrın 12-də sosial şəbəkədə yayımlanıb. Paylaşımın ardından ölkədə bəzi siyasətçilər baş naziri belə görüntülərlə çıxış etməsinə görə tənqid ediblər.
Mənbə: Müsavat

