Polis ötən gün 45 cinayətin üstünü açdı

Polis ötən gün 45 cinayətin üstünü açdı

Xəbər Yerində xəbər verir ki, sentyabrın 11-də Azərbaycanda polis əməkdaşları tərəfindən 45 yeni, əvvəlki günlərdən bağlı qalan 8 cinayətin açılması təmin edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85 nəfərin borclu şəxs qismində axtarışda olduğu bildirilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 21 fakt, qanunsuz saxlanılan silah-sursatla əlaqədar isə 10 hal müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir