Xəbər Yerində xəbər verir ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində gənc qızın meyiti aşkarlanıb.
Hadisə sentyabrın 9-da, saat 11 radələrində baş verib. 2008-ci il təvəllüdlü A. İsmayılovanın meyiti yaşadığı evdə tapılıb.
Meyit üzərində ilkin olaraq zorakılıq əlamətləri müəyyən edilməyib.
Gənc qızın ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.az

