Polşadan Ukraynaya hərbi dəstək

Polşadan Ukraynaya hərbi dəstək

Polşa Ukraynaya göndərdiyi Patriot raketlərinin sayını açıqlayıb

Polşa hökuməti ilk dəfə Ukraynaya göndərilən Patriot hava hücumundan müdafiə sistemi raketlərinin sayını açıqlayıb.

Müdafiə nazirinin müavini Sezari Tomçık bildirib ki, 2026-cı ilin yazında NATO ölkələrinin birgə hərbi yardım paketi çərçivəsində Ukraynaya 3-9 Patriot raketi təhvil verilib.

Onun sözlərinə görə, həmin vaxt Varşava ABŞ-dan təhlükə yaranacağı halda bu raket ehtiyatlarının onqat həcmdə bərpa ediləcəyi ilə bağlı təminat alıb.

Qeyd edək ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış daha əvvəl Ukraynaya göstərilən hərbi yardımla bağlı bəzi məlumatların məxfilik statusunun ləğv edilməsi barədə qərar vermişdi. Bu addım hökumətin Ukraynaya Patriot raketləri göndərdiyinə dair səsləndirilən iddialardan sonra atılıb.

Mənbə: Aznews

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir