Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu çərçivəsində diqqət çəkən anlardan biri də xatirə fotosu zamanı yaşanıb.
Forumun açılış mərasimindən yayılan görüntülərdə Prezident İlham Əliyevlə səmimi söhbət edən xanım sosial şəbəkələrdə maraq doğurub və onun kimliyi müzakirə olunub.
Xeberyerinde Manset.az-a istinadən xəbər verir ki, həmin xanım “Əl-Ərəbiyyə” telekanalının tanınmış jurnalisti və xəbər aparıcısı Layal Əl-İxtiyardır. O, media fəaliyyətinə OTV-də başlayıb, daha sonra LBCI və Al Hurra televiziya kanallarında da çalışıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ildə “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Həmin müsahibəni də məhz Layal Əl-İxtiyar aparıb.




