Prezidentdən “ASAN xidmət”lə bağlı mühüm açıqlama

Prezidentdən “ASAN xidmət”lə bağlı mühüm açıqlama

“ASAN xidmət” bu gün Azərbaycanın beynəlxalq maraq doğuran unikal brendinə çevrilib.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində bildirilib.

Dövlət başçısı qeyd edib ki, “ASAN xidmət” dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradıb. Bu model artıq yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq səviyyədə tanınan Azərbaycan brendidir.

Prezidentin müraciətində vurğulanıb ki, Azərbaycanın bu təcrübəsinin 50-dən çox ölkə ilə paylaşılması və müxtəlif dövlətlərdə uğurla tətbiq edilməsi “ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu təsdiqləyir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir