Putin Kiyevə zərbələri üç gün dayandırmağı tapşırdı

Putin Kiyevə zərbələri üç gün dayandırmağı tapşırdı

Rusiya Prezidenti Vladimir Putin Kiyevə endirilən zərbələrin üç gün müddətinə dayandırılması barədə göstəriş verib.

Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, qərar sentyabrın 5-dən etibarən qüvvəyə minib və ABŞ nümayəndələrinin Kiyevdə keçirəcəyi görüşlərlə əlaqədardır.

Məlumata əsasən, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvada Putinlə görüşüblər. ABŞ nümayəndələrinin daha sonra Kiyevə gedərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparması gözlənilir.

Putinin göstərişi bütün Ukrayna ərazisində atəşkəs anlamına gəlmir. Söhbət məhz Kiyevə zərbələrin üç günlük dayandırılmasından gedir.

Bundan əvvəl Zelenski də ABŞ nümayəndələrinin səfəri müddətində Rusiya şəhərlərinə hava zərbələrinin dayandırılmasına hazır olduqlarını açıqlamışdı.

ABŞ nümayəndələrinin Moskva və Kiyevə səfərləri Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səylərin yenidən intensivləşdiyi bir vaxtda baş verir. Putinlə Uitkoff və Kuşner arasında keçirilən görüşdə mümkün sülh razılaşmasının növbəti mərhələləri müzakirə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir