Qapını açmadılar, xilasedicilər eyvandan mənzilə daxil oldu – uşaqlar…-VİDEO

Qapını açmadılar, xilasedicilər eyvandan mənzilə daxil oldu – uşaqlar…-VİDEO

Xəbər Yerində xəbər verir ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əraziyə baxış zamanı məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə qalan uşaqlar qapının döyülməsinə və telefon zənglərinə cavab vermirlər.

Xilasedicilər xüsusi alpinist avadanlıqlarından istifadə edərək mənzilə qonşu eyvandan daxil olublar. İçəridə 2018 və 2019-cu il təvəllüdlü iki uşaq yatmış vəziyyətdə aşkarlanıb.

Azyaşlılar xilasedicilər tərəfindən mənzildən çıxarılaraq yaxınlarına təhvil veriliblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir