Qara dənizdə Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” yük gəmisi dron hücumuna məruz qalıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində gəmi heyətindən heç kim xəsarət almayıb. 11 nəfərlik ekipajın 10 üzvü Azərbaycan, 1 üzvü isə Gürcüstan vətəndaşıdır.
Məlumata görə, “Primavera Marine” şirkətinə məxsus gəmi hücumdan sonra hərəkətini davam etdirib. Hazırda gəmi Türkiyənin Trabzon limanına doğru istiqamət alıb.
İlham Nəsirov hadisə zamanı heç bir itkinin olmadığını bildirib.

