“Qarabağ” UEFA Avropa Liqasının 2026/2027 mövsümündə mübarizəyə qələbə ilə başlayıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda turnirin I təsnifat mərhələsinin ilk oyununda Bakıda İslandiyanın “Vestri” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 3:0.
“Qarabağ”ın heyətində 30-cu dəqiqədə Zakaria Savo, ilk hissəyə əlavə olunmuş 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə isə Renaldo Sefas fərqlənərək komandasına böyük üstünlük qazandırıb.
Komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

