Qarabağda yaşayan sakinlərlə məşğulluq görüşləri keçirildi-FOTO

Qarabağda yaşayan sakinlərlə məşğulluq görüşləri keçirildi-FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərlə növbəti məşğulluq görüşləri təşkil edib.

Görüşlər Zəngilan şəhərində, Laçın rayonunda, həmçinin Cəbrayılın Şükürbəyli və Ağdamın Xıdırlı kəndlərində keçirilib. Ümumilikdə 39 sakinin iştirak etdiyi tədbirlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənilib.

Sakinlərə işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və digər aktiv məşğulluq tədbirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, onların bu proqramlardan yararlanmaları üçün ilkin qeydiyyat prosesi həyata keçirilib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir