Bakı-Qazax magistralının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində səhər saatlarında qəza baş verib.
“BYD” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq əvvəlcə yolun metal arakəsmələrinə, daha sonra isə işıqlandırma dirəyinə çırpılıb.
Güclü zərbə nəticəsində avtomobilə ciddi ziyan dəyib və tamamilə yararsız vəziyyətə düşüb.
Qəza zamanı ölən və ya xəsarət alanların olub-olmaması hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo



