Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Belə ki, “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü qızı vurub.
Qəza nəticəsində xəsarət alan uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

