Qeydiyyata düşməyən əcnəbiləri cərimə gözləyir

Qeydiyyata düşməyən əcnəbiləri cərimə gözləyir

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması ilə bağlı qanunvericiliyin pozulması halları artıb. Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Qurumun məlumatına görə, Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində

  • 15 gündən artıq müvəqqəti qalan əcnəbilər
  • vətəndaşlığı olmayan şəxslər

olduğu yer üzrə qeydiyyata alınmalıdır.

DMX bildirib ki, həmin şəxsləri qəbul edən tərəf onların ölkəyə gəldiyi tarixdən 15 gün ərzində müvafiq ərizə-anketi və pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini Xidmətə təqdim etməlidir.

Qeyd olunub ki, olduğu yer üzrə qeydiyyat üçün dövlət rüsumu tutulmur. Lakin qanunla müəyyən edilmiş müddətdə qeydiyyata alınmamaq həm əcnəbilərin, həm də onları qəbul edən şəxslərin inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir