Qlobal bazarlarda qızılın qiyməti 4 027 dollara yüksəlib

Qlobal bazarlarda qızılın qiyməti 4 027 dollara yüksəlib

Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətlərində artım qeydə alınıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin avqust ayı üzrə fyuçers müqavilələrinin bir troya unsiyasının (31,1 qram) qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,53 faiz bahalaşaraq 4 027 ABŞ dollarına çatıb.

Gümüş bazarında da müsbət dinamika müşahidə olunub. COMEX-də 2026-cı ilin sentyabr fyuçersləri üzrə bir troya unsiyası gümüşün qiyməti 0,08 faiz artaraq 58,02 ABŞ dolları səviyyəsində formalaşıb.

Mənbə: APA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir