Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların maqnitudası 4,9, ocağın dərinliyi isə 13 kilometr olub.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3-4 bala qədər hiss edilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxta qədər quruma məlumat daxil olmayıb.

