Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə sentyabrın 6-da gecə saat 00:20 radələrində qeydə alınıb. İlkin məlumata görə, 24 yaşlı Seyfəlmülk Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.
Avtomobil əvvəlcə yol kənarındakı ağaca çırpılıb, daha sonra aşıb. Qəza nəticəsində sürücü və 26 yaşlı sərnişin Roman Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Digər sərnişin – 26 yaşlı Sənan Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

