Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “İveco” toqquşdu
“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.



