Qubada yol qəzasında 5 nəfər ağır xəsarət alıb – FOTO

Qubada yol qəzasında 5 nəfər ağır xəsarət alıb – FOTO

Quba şəhərində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde xəbər verir ki, qəza şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Chevrolet”“Ford” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir