Xəbər Yerində xəbər verir ki, “Qəbələ” futbol klubunda baş məşqçi postuna namizədlərlə danışıqlar davam edir.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, həm yerli, həm də əcnəbi mütəxəssislərlə danışıqlar aparılır.
Onun sözlərinə görə, yeni baş məşqçinin müəyyənləşdirilməsi məsələsinin bu həftə ərzində həll olunması gözlənilir.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin istefasından sonra komandaya hazırda Amil Ağacanov və Miloş Yevtiç rəhbərlik edir.
Mənbə: Shimalnews

