Ramiz Mehdiyevin məhkəməsi başlayır – Ağır ittihamlarla bağlı ilk iclas

Ramiz Mehdiyevin məhkəməsi başlayır – Ağır ittihamlarla bağlı ilk iclas

Xəbər Yerində xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi bu gün başlayır.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq

KONKRET.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Məhkəmə prosesinə hakim Murad Aslanov sədrlik edəcək. Kollegiyanın digər üzvləri isə hakimlər Firdovsi Əliyev və Namiq Kərimovdur.

Ramiz Mehdiyev barəsindəki cinayət işi üzrə ibtidai araşdırma Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilib.

Mehdiyevin məhkəmə iclasında iştirak edib-etməyəcəyi də hələlik məlum deyil. Tam dəqiqləşdirilməmiş məlumata görə, Mehdiyev prosesə evindən videokonfrans vasitəsilə qoşulmaq istəyir.

Ölkə gündəmində olan bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclasının saat 10:30-da başlaması gözlənilir.

Ramiz Mehdiyev hansı maddələrlə ittiham olunur?

İttihama əsasən, R.Mehdiyevin əməlləri Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə tövsif edilib.

Söhbət dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı maddələrdən gedir.

Əli Kərimli və Məmməd İbrahimlinin də işi başlanıb

Qeyd edək ki, həmin cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorakı yolla dəyişdirməyə yönələn hərəkətləri əhatə edir.

Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi isə Ramiz Mehdiyevin işindən ayrılaraq ayrıca icraata götürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir