“Real Madrid” Ronaldunun qərarına susdu – Azarkeşlər narazı qaldı

“Real Madrid” Ronaldunun qərarına susdu – Azarkeşlər narazı qaldı

Kriştianu Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurması futbol dünyasında geniş müzakirələrə səbəb olub. Lakin ulduz futbolçunun sabiq klublarının əksəriyyəti ona xüsusi mesaj ünvanladığı halda, “Real Madrid”in susması diqqət çəkib.

Xəbər Yerində İdman.biz-ə istinadən xəbər verir ki, Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”, “Yuventus”, “Mançester Yunayted” və “Sportinq” klubları futbolçuya təsirli sözlərlə müraciət ediblər. Madrid təmsilçisinin rəsmi hesablarında isə bununla bağlı hər hansı paylaşım edilməyib.

“Real Madrid”in susması müzakirə yaratdı

Ronaldunun “Real Madrid” tarixinin ən yaxşı bombardiri olması fonunda klubun bu qərarı azarkeşlər arasında təəccüb və narazılıq doğurub.

Bəzi fanatlar isə hesab edirlər ki, Madrid klubu futbolçu bütün karyerasını başa vurduqdan sonra onunla bağlı xüsusi bəyanat yayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir